"DəmirBank"ın daha 3 filialı yeni ünvanlara köçürüləcək
19 May 2011 Cümə Axşamı 18:07
Bank birinci rübün yekunları üzrə filialların fəaliyyətini müzakirə edib
“DəmirBank” özünün filial şəbəkəsinin birinci rübün yekunları üzrə fəaliyyətini geniş tərkibdə müzakirə edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Qusar Olimpiya Kompleksində keçirilən yığıncaq zamanı bankın hər bir filialının hesabatı dinlənilib, müxtəlif göstəricilər üzrə planların yerinə yetirilməsi, prioritet vəzifələr və gələcək planlar ətraflı müzakirə edilib.

Bankın İdarə Heyətinin sədri Roman Əmircanov bildirib ki, filial şəbəkəsinin inkişafı məqsədi ilə son aylarda “DəmirBank”ın Bakıxanov, Qazax və Qusar filialları yeni ünvanlara köçürülüb. Onun sözlərinə görə, bu filiallar və Mərkəz filialı bankın “Korporativ interyer dizayn Standartları”na uyğun təmir və tərtibat edilib: “Hazırda bankın daha 3 filialının yeni ünvanlara köçürülməsi üçün işlər aparılır. Bu fəaliyyət, eləcə də bankda İT infrastrukturun yenilənməsi, “SAP for Banking” proqramının tətbiqi, müştəri xidməti keyfiyyəti və digər sahələrdə görülən tədbirlər filialların fəaliyyətini xeyli gücləndirəcək”.

Yığıncaqda filialların fəaliyyəti, müştərilərlə iş, müştəri xidməti, marketinq fəaliyyəti, kadr potensialı və digər istiqamətlərdə zəruri addımlar müəyyən edilib. “DəmirBank”ın nümayəndə heyəti Qusar Olimpiya Kompleksində korporativ istirahət tədbirində iştirak edib.

Qeyd edəkki, “DəmirBank” ölkə üzrə 30 filiala malikdir ki, bunlardan 13 filial Bakıda, 17-si isə regionlarda yerləşir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar