“DəmirBank” beynəlxalq mükafata layiq görülüb
12 May 2010 Çərşənbə 10:35
Bank sosial-yönümlü fəaliyyət sahəsində “Gümüş” kateqoriyalı mükafatla təltif edilib.
“DəmirBank” “Microfinance İnformation Exchange Market Inc”. tərəfindən 2009-cu il ərzində sosial-yönümlü fəaliyyət sahəsində “Gümüş” kateqoriyalı mükafatla təltif edilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, mikromaliyyə sektoru üzrə məlumatlandırma provayderi olan “Microfinance İnformation Exchange Market Inc.” hər il bankların və mikromaliyyə institutlarının sosial-yönümlü fəaliyyətini 22 əsas parametr üzrə qiymətləndirir.

Xatırladaq ki, bank 15-dən çox beynəlxalq mikromaliyyə institutları ilə əməkdaşlıq edir. Bu təşkilatlar bankların sosial-yönümlü fəaliyyətinə böyük önəm verir və “DəmirBank”ın bu sahədə sertifikatla təltif edilməsi böyük əhəmiyyətə malikdir.

“DəmirBank” həmçinin Azərbaycanda ilk dəfə olaraq ötən il "Planet Rating" beynəlxalq agentliyindən sosial reytinq alıb. Sosial-yönümlü fəaliyyətinə görə bank müxtəlif nominasiyalarda Fəxri Diplomlar ilə də təltif edilib. “DəmirBank” 2009-cu ilin oktyabr ayında “Regionların Sosial-İqtisadi İnkişafı” Dövlət Proqramının 5 illiyinə həsr olunmuş tədbirdə “Pul-kredit və bank xidmətləri” sahəsində, eləcə də 2010-cu ilin fevral ayında “DəmirBank” “Gənclərin Dostu” Milli Mükafatı çərçivəsində "Gənclərlə səmərəli iş fəaliyyəti” nominasiyası üzrə Fəxri Diplomlarla ilə təltif edilib.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar