Daha 16 müştəri "DəmirBank"dan pul qazandı
18 May 2011 Çərşənbə 18:14
Bankın pul köçürmələri üzrə uduş kampaniyasının 2-ci tirajı keçirilib
“DəmirBank”ın pul köçürmələri üzrə uduş kampaniyasının 2-ci tirajında 16 qalib müştəri müəyyən edilib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu müştərilərdən 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat pul məbləği udub. Qaliblərin siyahısı bankın İnternet saytında verilir. Bank həmçinin qaliblərə telefonla məlumat verir.

Kampaniyanın növbəti tirajı 16 iyun tarixində keçiriləcək. DəmirBank-ın filiallarında “Western Union”, “Coinstar”, ”Contact”, “Blizko”, “PrivatMoney”, “Быстрая почта”, “Золотая корона” və ya “Şimşək” sistemi ilə ən azı 300 AZN / USD / EUR və ya 9000 RUR məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Hər köçürmə əməliyyatı 1 şansa bərabərdir.

Qeyd edək ki, “DəmirBank”ın Bakı və regionlarda 30 filialı pul köçürmə xidmətləri göstərir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar