Ceyhan limanından 3 milyon ton neft satılıb
12 İyul 2009 Bazar 09:45
Yanvar-iyun aylarında isə bu göstərici 17,5 milyon ton olub

 

Cari ilin iyun ayında Ceyhan limanından dünya bazarlarına 3 milyon ton Azərbaycan nefti çıxarılıb. Yanvar-iyun aylarında isə bu göstərici 17,5 milyon ton olub. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, BTC istismara verilən gündən 2009-cu il iyulun 1-ə qədər Ceyhan limanından 85,9 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. /AzərTAc/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar