BU Kart məhsulu buraxılıb
07 Dekabr 2009 Bazar Ertəsi 12:35
BU Kart məhsulu buraxılıb. “Nikoyl Bank” müştəriləri gündəlik hesab qalığına hər ay illik 5 faiz gəlir əldə edəcək.
“NİKOYL Bank” yeni “BU Kart” məhsulunu buraxıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “BU Kart” özündə debet kartı və depozitin xüsusiyyətlərini cəmləyən gəlirli plastik kartdır.

“BU Kart”ın unikallığı ondan ibarətdir ki, müştəri kartındakı vəsaitləri azad xərcləyir, bununla bərabər, gündəlik hesab qalığına hər ay illik 5 faiz gəlir əldə edir. Aylıq faiz kart sahibinin hesabındakı gündəlik qalığa əsasən hesablanır.

“BU Kart”ın illik rəsmiləşdirilməsi 10 manat təşkil edir. Hesaba 500 manatdan çox vəsait yerləşdirildikdə, kart pulsuz təqdim olunur.
“BU Kart”la adi kart əməliyyatlarından savayı, kommunal xidmətlərin, mobil operatorların, o cümlədən internet alış-verişinin ödənişi həyata keçirilə bilər. “BU Kart” gəlirli plastik kartı müştərinin istəyinə görə, manat və ya ABŞ dolları ilə rəsmiləşdirilə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar