Bu gün Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək
22 Fevral 2010 Bazar Ertəsi 10:45
Forum Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq
Bu gündən başlayaraq 2 gün ərzində Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan-Macarıstan dövlətlərarası komissiyasının strukturu çərçivəsində iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum işinə başlayacaq. Tədbirdə kənd təsərrüfatı, yeyinti sənayesi, təbabət, logistika, turizm, alternativ enerji, toxuculuq məhsulları, tikinti və maliyyə sektorları üzrə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar