Bu gün Azərbaycan–İtaliya biznes forumu keçiriləcək
26 Aprel 2010 Bazar Ertəsi 10:35
İtaliya nümayəndə heyətinə İtaliya iqtisadi inkişaf nazirinin müavini Adolfo Urso başçılıq edir.
Bu gün Bakıda Azərbaycan-İtaliya biznes forumu keçiriləcək. Forumda Azərbaycandan və İtaliyadan olan iş adamları iştirak edəcək.

Forumda iştirak edəcək İtaliya nümayəndə heyətinin tərkibinə əsasən neft sektorunu əhatə edən 15 şirkət və firmadan olan iş adamları daxildirlər.

Qeyd edək ki, İtaliya nümayəndə heyətinə İtaliya iqtisadi inkişaf nazirinin müavini Adolfo Urso başçılıq edir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar