BTC ilə daşınan neftin həcmi 8,9 faiz azalıb
13 İyul 2011 Çərşənbə 19:14
İyun ayı ərzində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 797 809 ton Azərbaycan nefti nəql olunub.
Bu ilin iyun ayı ərzində Bakı-Tiflis-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 797 809 ton Azərbaycan nefti nəql olunub. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, ötən ilin iyununa nisbətən ötən ay BTC ilə daşınan neftin həcmi 8,9 faiz azalıb.

Ümumilikdə yanvar-iyun aylarında bu kəmərlə 17 milyon 11 min 82 ton neft ötürülüb. Ötən ilin eyni dövrünə nisbətən kəmərlə daşınan neftin həcmi 6,5 faiz azalıb. Kəmər istifadəyə verilən gündən 2011-ci il iyul ayının 1-ə qədər BTC-yə 160 567 024 ton neft vurulub.

Bundan başqa, bu ilin iyun ayında BTC kəməri ilə 168 596 ton Türkmənistan nefti nəql olunub. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar