BSŞ-də növbəti dəfə audit keçirilib
25 May 2011 Çərşənbə 19:17
Beynəlxalq Sığorta Şirkətində Keyfiyyət Menecmenti Sistemi üzrə yoxlama aparılıb.
“Beynəlxalq Sığorta Şirkəti” ASC–də növbəti dəfə İSO 9001:2008 - Keyfiyyət Menecmenti Sistemi üzrə audit keçirilib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, auditi keçirən “SGS Tashkent Ltd” şirkəti ümumilikdə “SGS” şirkətlər qrupunun təcrübəli menecerlərindən sayılan, Xəzər Regionun Sertifikatlaşdırılması layihəsinin rəhbəri Alişer Maxmudovun başçılıq etdiyi heyətlə təmsil olunub.

Audit nəticəsində “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin Keyfiyyət Menecmenti Sistemi üzrə Şirkətin fəaliyyətinin və xidmət keyfiyyətinin standartlara tam uyğunluğu nəzərə alınaraq Şirkətin növbəti dəfə İSO 9001:2008 sertifikatına layiq olduğu təsdiq edilib.

Xatırladaq ki, “Beynəlxalq Sığorta Şirkəti” ASC ilk dəfə 2006-cı ildə Keyfiyyət Menecmenti Sistemi üzrə sertifikat almış və hər növbəti ildə keçirilən audit nəticəsində Şirkətin bu sertifikata layiqliyi təsdiqlənib. İSO 9001:2008 - Keyfiyyət Menecmenti Sistemi üzrə sertifikat üzrə növbəti auditin gələn ilin may ayında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2002 ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş və Azərbaycanın ən iri sığorta şirkətlərindən biri olan “Beynəlxalq Sığorta Şirkəti”nin qeyd olunan sertifikata layiq görülməsi, şirkətin 37 sığorta növlü üzrə müştərilərinə təqdim etdiyi qüsursuz və yüksək keyfiyyətli xidmətin göstəricisidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar