“BP Oil International Ltd” Azərbaycanda fəaliyyətini dayandırır
19 İyun 2010 Şənbə 13:55
“BP Oil International Ltd” Azərbaycanda fəaliyyətini dayandırır. Şirkət indiyədək aktiv fəaliyyətlə məşğul olmayıb.
Azərbaycanda nümayəndəlik statusuna malik olan “BP Oil International Ltd” qurumu fəaliyyətini dayandırır. “BP-Azerbaijan”-dan verilən məlumata əsasən, “BP Oil International Ltd” Azərbaycanda neft məhsullarının alqı-satqısı ilə məşğul olmaq məqsədilə yaradılıb, lakin indiyədək aktiv fəaliyyətlə məşğul olmayıb.

Bu səbəbdən “BP Oil International Ltd” yalnız nümayəndəlik statusuna malik olub və ştatında yalnız bir əlaqələndirici şəxs çalışıb. Fəaliyyəti lüzumsuz hesab olunduğundan “BP Oil International Ltd” nümayəndəliyin bağlanması barədə qərar qəbul edib.

“BP-Azerbaijan”-dan o da bildirilib ki, sözügedən nümayəndəliyin BP-nin Azərbaycanda olan fəaliyyəti, şirkətin neft və qaz sazişlərində, hasilat və nəql üzrə iştirak etdiyi layihələrlə heç bir əlaqəsi yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar