Bəzi tikinti materiallarının qiymətləri dəyişib
05 Aprel 2010 Bazar Ertəsi 14:25
Tikinti materiallarının orta qiymətləri 25% aşağı düşüb
Mart ayında fevralla müqayisədə lambirinin qiyməti 20% artıb, tikinti mismarlarının (60-150 mm) qiyməti isə, əksinə, eyni miqdarda azalıb. Bu, idxal edilən məhsulların ucuzlaşması, yerli məhsulların isə bahalaşması ilə izah olunur.

Lambirindən başqa şveller (5%), metal örtüklər (15%), sink örtüklər (2%) və laminat-parketə (1%) olan qiymətlər də yuxarı qalxıb.

Çox ucuzlaşan materiallar dikt (2%), armatur (3%), metal borular (1%), şüşə (1%), plastik borular (0,5%), izolə materialları (3,5%), penoplast (7%), bitum (11,1%) olub. Qalan inşaat materiallarının qiymətləri dəyişməz olaraq qalıb.

Turanın apardığı monitorinqin nəticələrinə əsasən, 75 növ və yarımnöv tikinti materiallarının 10 növü bahalaşıb, 15 növü isə ucuzlaşıb. Yeri gəlmişkən, inşaat materiallarının yarısından çoxu (55%), əsasən, təbii materiallar, bazara yerli istehsalçılar tərəfindən çıxarılır.

2009-cu ilin mart ayının göstəriciləri ilə müqayisədə tikinti materiallarının orta qiymətləri 25% aşağı düşüb.

Son ayda bəzi tikinti materiallarının müqayisəli qiymətləri: ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar