Beynəlxalq Bankda yeni qərarlar
27 Oktyabr 2009 Çərşənbə Axşamı 12:15
Bankın səhmlərinin nominal dəyərinin artırılmasına 40 milyon manat yönəldilib
Bu ilin oktyabrın 19-da “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.

Maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən yığıncaqda bankın Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinə və bankın 2009-cu ilin 3-cü rübünün mənfəətinə dair qərarlar qəbul edilib.

Bankdan ANS PRESS-ə verilən məlumata görə, ümumı yığıncağın qərarı ilə III rübün mənfəətinin 40 milyon manat hissəsi cəmiyyətin səhmlərinin nominal dəyərinin artırılması yolu ilə nizamnamə kapitalına yönəldilib. Dividendlərin ödənişi məsələsinə ilin yekunlarına görə əlavə olaraq baxılacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar