Benzin və dizel bahalaşdı
13 Noyabr 2009 Cümə 20:50
Rəsmilər bunu neft məhsulları qiymətinin bahalaşması ilə əlaqələndirir
Çində benzin və dizelin qiyməti bahalaşıb. Belə ki, ölkədə yanacağın tonu 480 yuan və ya 70 dollara çatıb. Hazırda N90 markalı benzinin və dizelin litri müvafiq olaraq 0,36 və 0, 41 yuana satılır.

Ölkənin iqtisadi inkişaf üzrə baş komitəsinin nümayəndəsi bildirib ki, avtomobil yanacağının qiymətlərindəki artım neft məhsulları qiymətinin bahalaşması ilə bağlıdır. anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar