Barak Obama çıxış yolu axtarır
07 Dekabr 2009 Bazar Ertəsi 11:10
Barak Obama özəl sektoru işguzar aktivliyin bərpası üçün əsas mənbə adlandırıb
Amerika Birləşmiş Ştatları (ABŞ) iqtisadiyyatında geriləmə tendensiyası zəifləməyə başlayıb. Ölkənin əmək bazarındakı vəziyyət belə deməyə əsas verir.
İndi rəsmi Vaşinqton ölkə iqtisadiyyatını bərpa etmək üçün diqqətini əsasən özəl sektorun inkişafına yönəldib. ABŞ prezidenti Barak Obama son çıxışında özəl sektoru, işguzar aktivliyin bərpası üçün əsas mənbə adlandırıb.
Bu ilin noyabr ayında ABŞ iqtisadiyyatı 11 min yeni iş yeri itirib. Bu oktyabr ayı ilə müqayisədə 10 dəfə azdır. Halbuki nikbin düşüncədə olanlar ötən ay Amerika iqtisadiyyatında 130 min iş yerinin ixtisar olunacağını gözləyirdi. Amma görünən odur ki, işsizlik səviyyəsinin minimum dinamika ilə artması dünya iqtisadiyyatının tənəzzül dövrünə daxil olduğu vaxtda baş verir. İndi dünyanın super dövlətində işsizlər vətəndaşları əmək qabiliyyətli əhalinin sayının 10 faizini təşkil edir. Bu da oktyabr ayı ilə müqayisədə 0,2 faiz azdır və son 26 ildə Amerika iqtisadiyyatında qeydə alınmış rekord göstəricidir.

ABŞ prezidenti Barak Obama ölkənin əmək bazarındakı vəziyyətə həsr edilmiş sammit çərçivəsində çıxış edərək bildirib ki, Amerikada məşğulluğun bərpa edilməsi əsasən özəl sektorda baş tutmalıdır. O əmindir ki, hökumət iqtisadi artımın təmin edilməsi üçün açar rolunu oynaya bilib: “Şübhəsiz ki, işgüzar aktivliyin üzunmüddətli bərpası üçün əsas mənbə özəl sektor olmalıdır. Bizim dövlətin o qədər dolları yoxdur ki, özəl sahibkarlıq subyektlərinin böhranla bağlı üzləşdiyi ziyanı kompensasiya etsin”.

Yeri gəlmişkən, əksər analitiklər isə hesab edir ki, Amerika iqtisadiyyatında baş verən mənfi hallar yaxın yarım il ərzində özünü əmək bazarında ləngimə formasında göstərəcək.

Qeyd edək ki, bu ilin əvvəlindən bəri amerika iqtisadiyyatı ilk dəfə iyul - sentyabr aylarında artım nümayiş etdirib. Vəziyyəti düzülməsi əsasən dövlət müdaxiləsi ilə izah olunur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar