Bank Standard sarı bankomatrlar quraşdırır
18 İyul 2011 Bazar Ertəsi 20:12
Bank Standard bu kampaniyası çərçivəsində nağd pul çıxaranlar pul uduşu qazana bilər.
İyul ayının 20-dən “Bank Standard” yeni “Sarı Bankomat” kampaniyasına start verir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu kampaniya çərçivəsində “Bank Standard”ın sarı bankomatlarından nağd pul çıxaranlar pul uduşu qazana bilər.

“Bank Standard”ın sarı bankomatlarından nağd pul çıxartmaq istəyən “MasterCard” və “Visa” plastik kart sahibləri xoş sürprizlə qarşılaşa bilər. Ani lotereya kimi təşkil olunan bu aksiyada iştirakçılar 50 manat məbləğində pul uduşlarına sahib olmaq imkanı qazanacaq. “Bank Standard”ın müştərilərilə yanaşı aksiyada digər banklara aid plastik kart sahibləri də iştirak edə bilər.

Uduşu təsdiq edən “Bank Standard” yazılı xüsusi lazerli holoqram 50 manatlıq əskinasların üzərində yerləşdirilir. Belə holoqramı olan əskinası əldə edən şəxs aksiyanın qalibi sayılır. Pul uduşunu almaq üçün qalib gələn şəxs həmin holoqramlı əskinası “Bank Standard”ın Azərbaycan prospekti 4 ünvnaında yerləşən Müştərilərə Xidmət Mərkəzinə təhvil verib əvəzində həm öz 50 manatını, həm də eyni dəyərdə pul uduşunu dərhal təhvil ala bilər. Uduşları çıxdıqları gündən başlayaraq aksiyanın başa çatdığı tarixdən sonrakı 90 iş günü ərzində almaq olar.

Qeyd edək ki, aksiya 20 iyul - 20 sentyabr tarixləri arasında keçirilir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar