Bank of Baku - İndi bank sizə ödəyir! kompaniyası
02 İyun 2010 Çərşənbə 11:35
“Bank of Baku”bu şüarla yeni “Uduşlu pul köçürmələri” adlı kampaniyaya start verir.
“Bank of Baku” ASC “İndi bank sizə ödəyir!” şüarı ilə təcili pul köçürmələrindən istifadə edən bütün müştəriləri üçün yeni “Uduşlu pul köçürmələri” adlı stimullaşdırıcı kampaniyaya start verir. Kampaniya 30.11.2010-cu il tarixinədək bankın bütün filiallarında keçiriləcək.

Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sadəcə pul köçürməklə və ya almaqla “Bank of Baku”nun bütün müştəriləri “Uduşlu pul köçürmələri” adlı kampaniya çərçivəsində aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

1. Pul hədiyyəsi: Kampaniya müddətində pul köçürmə əməliyyatları üzrə ən fəal müştərilərin (say və məbləğinə görə) hər birini bankdan 500 manat məbləğində hədiyyə gözləyir.

2. Lotereyada iştirak: Kampaniya dövründə təcili pul köçürmələri sistemlərindən istifadə edən bütün müştərilər bankın keçirdiyi xüsusi lotereyasının iştirakçısına çevriləcəklər. Lotereyanın uduş fondunun ümumi məbləği manat təşkil edir. Uduş isə 01.09.2010 və 01.12.2010 tarixlərində keçiriləcək. Hər iki mərhələdə kompüterin təsadüfi seçimi əsasında qalib gələn 5 müştərinin hərəsinə 100 manat məbləğində pul hədiyyəsi təqdim olunacaq.

Bundan başqa, “Bank of Baku” “Pul Köçür, Pul Al, Üstəlik, Qazancda Qal!” şüarı altında müştərilərə yeni bonus-kartlar təqdim edir. Artıq bank vasitəsilə pul köçürmə əməliyyatını həyata keçirən bütün müştərilərə hər əməliyyat zamanı köçürdükləri və ya aldıqları məbləğin müvafiq faizi həcmində olan pul vəsaiti bank tərəfindən hədiyyə olunacaq. Həmin pul vəsaiti müştəriyə təqdim olunan xüsusi bonus-kartına oturdurulacaq. Müştəri istənilən vaxt həmin hədiyyə məbləğindən istifadə edə biləcək. Daha çox əməliyyat həyata keçirən müştəri daha çox pul hədiyyəsi əldə edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar