Bank ödənişləri 6 faiz artıb
04 Dekabr 2009 Cümə 15:20
Bank ödənişləri 6 faiz artıb. Noyabrda bunun ümumi məbləği 5.515 milyon manat olub.
Azərbaycanın kredit təşkilatları 2009-cu ilin noyabrında ümumi məbləği 5515 milyon manat olan 703 min ödəniş tapşırığı həyata keçiriblər. Ödəniş sayı 29 min, onların ümumi dövriyyəsi oktyabrla müqayisədə 768 milyon manat azalıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-noyabrda ödəniş sayı 3684 min və ya 177 faiz artaraq 57663 min olub. Onların həcmi isə 1302 milyon manat və ya 2 faiz artaraq 66696 milyon manat təşkil edib.
11 ayda ödəniş dövriyyəsinin strukturunda iri və müddətli ödənişlərin payı onların ümumi miqdarının 6,1 faizi (353 min), ümumi həcminin 93,1 faizi (62108 milyon manat) qədər olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə iri ödənişlərin miqdarının payı 3 dəfə azalıb.
Ödənişlərin bu kateqoriyasının orta həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz artaraq 175,9 min manat, kiçik və pərakəndə ödənişlərin orta həcmi isə 3,3 dəfə azalaraq 847,6 manat olub.
1 dekabr 2009-cu il üçün ödəniş sisteminin istifadəçiləri 51 təşkilat olub, onlardan 48-i iri və müddətli ödənişlər həyata keçirə bilir. Anspress



DOSTLARINLA PAYLAŞ:

oyunlar