Bank Nikoil yenilənən internet saytını təqdim edib
22 İyun 2010 Çərşənbə Axşamı 17:50
Bank Nikoil yenilənən internet saytını təqdim edib. Bankda yeni "İnternet Banking" sistemi tətbiq edilib.
"Bank Nikoil" ASC yenilənən internet resursunu təqdim edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yeni məhsul hazırlanan zaman əsas vəzifə axtarış və xidmət və məhsullardan istifadə rahatlığıdır.

Yeniliklər sırasında yaxşılaşdırılan interfeys, rahat və anlaşıqlı naviqasiya sistemi və yüksək iş sürətini qeyd etmək lazımdır. Burada bütün kredit və depozit dərəcələri, zəruri sənədlər də daxil təqdim edilən xidmətlərin tam spektri barədə informasiya ilə tanış olmaq mümkündür. Yeni "İnternet Banking" sistemi tətbiq edilib. Ona cəmi 10 manata qoşularaq bankın plastik kartlarının sahibləri kommunal və mobil rabitə, internetə qoşulma ödənişləri edə, kart hesabları arasında pul köçürmələri (Card to Card) həyata keçirə bilərlər.

Sayt www. nikoil.az virtual ünvanında yerləşir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar