Bank Nikoil 330 müştərisinə hədiyyə paylayıb
31 Yanvar 2011 Bazar Ertəsi 18:35
Bank Nikoil keçirdiyi depozit aksiyası çərçivəsində 4,5 milyon manat cəlb edib.
"Bank Nikoil" ASC ötən ilin dekabrın 10-da başlayan "NIKOIL 2011" depozit aksiyası çərçivəsində 4,5 milyon manat cəlb edib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bir ay sürən kampaniya zamanı 330 müştəri qalib olub.

Kampaniyanın şərtlərinə əsasən, 1000 AZN, USD və ya avrodan az olmayaraq müddətli depozit qoyan və ya müddətini uzadan müştəri 100 faiz uduşlu bilet əldə edib. 700 Yeni il hədiyyəsi sırasında noutbuklar, DVD-pleyerlər, fotoaparatlar və s. var.

Qeyd edək ki, ötən ilin sonu üçün bankın depozit portfeli 65,54 milyon manat, o cümlədən əhalinin müddətli əmanətləri 52,57 milyon manat olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar