“Baku Steel Company” də yoxlamalar başlayıb
18 Aprel 2009 Şənbə 12:35
Azərbaycanın aparıcı poladəritmə müəssisəsi olan «Baku Steel Company» şirkətində vergi yoxlamalarına başlanılıb. Buna görə də şirkətin fəaliyyətinin bərpası təxirə salınıb.
«Baku Steel Company» şirkətinin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədovun «APA-ECONOMICS»ə verdiyi məlumata görə, müəssisənin fəaliyyətinin bu il aprelin 20-də bərpa olunması nəzərdə tutulub: “Lakin hazırda müəssisədə vergi yoxlamaları aparılır. Yoxlamalar başa çatan sonra zavod fəaliyyətə başlayacaq. Müəssisənin işə başlaması vergi yoxlamalarının nə vaxt başa çatmasından asılıdır”.

N. Əhmədov bildirib ki, bundan əvvəl zavodda istehsalat dayandırılıb. Bu da xammalın qıtlığı, tələbatın və müvafiq olaraq satışın azalması ilə bağlı olub.

Qeyd edək ki, «Baku Steel Company» şirkəti 2001-ci ildən fəaliyyət göstərir. Zavodda bir adda (tikinti armaturu) müxtəlif çeşiddə məhsul istehsal olunur.

Müəssisədə 1 700-dən artıq işçi çalışır.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar