Bakıda İslam İnkişaf Bankının iclası keçirilib
20 İyun 2010 Bazar 12:45
Bakıda İslam İnkişaf Bankının iclası keçirilib. Toplantı iyunun 24-dək davam edəcək.
Bu gün Bakıda, Gülüstan sarayında İslam İnkişaf Bankının (İİB) icraedici Direktorlar Şurasının iclası keçirilib. Toplantının əsas hissəsi mətbuat üçün bağlı olub. İyunun 21-də isə İİB-nın illik toplantısı işinə başlayacaq.

Toplantı çərçivəsində İslam maliyyəsi üzrə 5-ci qlobal forum, “İslam Konfransı Təşkilatının üzv ölkələri arasında ticarətin gücləndirilməsi üçün Yol xəritəsinin hazırlanması”na dair ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının iclası, Azərbaycan və Tatarıstanda biznes imkanlarına dair investisiya konfransı və digər bu kimi tədbirlər keçiriləcək. Toplantı iyunun 24-ə qədər davam edəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar