Bakı Fond Birjasında növbəti hərrac keçiriləcək
03 Fevral 2010 Çərşənbə 10:30
Bakı Fond Birjasında Mərkəzi Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə.
Bu gün saat 11:00-dan 12:30-dək Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən ANS PRESS-ə verilən məlumata görə, notların buraxılış parametrləri aşağıdakılardır:

Dövlət qeydiyyat №-si 50100525S
Ümumi həcmi 5 000 000 АZN
Hərraca çıxarılan həcm 4 000 000 AZN
Bir notun nominal dəyəri 100 АZN
Notların tədavül müddəti 28 gün
Ödəmə tarixi 03 mart 2010-cu il

Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı, Notlar buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar