Bahar ərəfəsində “Bahar” depoziti
13 Mart 2010 Şənbə 10:20
“Bank VTB -Azərbaycan” Novruz bayramı qabağı yeni depozit məhsulu təqdim edib
“Bank VTB -Azərbaycan” Novruz bayramı ərəfəsində yeni depozit məhsulu təqdim edir. Belə ki, bankın yeni depozit məhsulu "Bahar" adlanır.

Bankdan verilən məlumata görə, kampaniya çərçivəsində əmanətlər manat, ABŞ dolları və avro ilə 6-12 aya qəbul edilir. Faiz dərəcəsi valyutadan, seçilən müddətdən və seçilən faiz ödəmə formasından asılıdır. Faizlər ya hər ay, ya da depozit müqaviləsinin sonunda ödənilir. Əmanəti artırmaq və vaxtını uzatmaq olar.

Qeyd edək ki, “Bank VTB - Azərbaycan” "AFBank"ın hüquqi varisidir. Onun səhmlərinin 51%-i ötən il Rusiya “Bank VTB”si alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar