“Azərsun Holding” Gürcüstanda çay fabriki açacaq
13 Noyabr 2009 Cümə 20:25
“Azərsun Holding” Gürcüstanda çay fabriki açacaq. Həmin fabrikdə 30 nəfər çalışacaq.
“Azərsun Holding” şirkəti Gürcüstanın paytaxtı Tiflisdə çay fabriki açmağı planlaşdırır. Bu barədə şirkətin nümayəndəsi Alxan Əlizadə mətbuat konfransı zamanı bildirib. Onun sözlərinə görə, şirkət Gürcüstanda çayçılığın uzunmüddətli yardım inkişaf strategiyasını işləyib hazırlayıb.

Birinci mərhələdə holdinq ildə 2000 ton çay istehsal gücünə malik fabrik tikdirəcək. Həmin fabrikdə 30 nəfər işçi çalışacaq.

A.Əlizadə bildirib ki, şirkət Gürcüstan iqtisadiyyatına 2 milyon dollar dəyərində investisiya yatıracaq. Yerli istehsalla yanaşı şirkət Hindistan və Şri-Lankadan da çay gətirəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar