Azərsığorta yenə də lider oldu
16 Aprel 2011 Şənbə 23:08
Azərsığorta şirkəti sığorta tədiyələrinin yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında rüb ərzində birinciliyi saxladı.
Bu ilin birinci rübündə " Azərsığorta" şirkəti sığorta tədiyələrinin yığımına görə Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında lider olub. Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hesabat dövründə " Azərsığorta" tərəfindən tədiyə yığımı 5 milyon 209,412 min manat və ya sığortaçıların bütün tədiyələrinin 10,6 faizini təşkil edib.

Yanvar-mart aylarında yığılmış tədiyələrin həcminə görə 10 aparıcı sığorta şirkəti sırasına həmçinin: “A-Qroup” (4 milyon 375,631 min manat), "Xalq sığorta" (3 milyon 930,535 min), "Atəşgah " (3 milyon 920,830 min), "Azal sığorta" (3 milyon 293,772 min), "Beynəlxalq Sığorta Şirkəti" (3 milyon 25,841 min), "Pasha Heyat Sığorta" (3 milyon 18,290 min), “AzSığorta” (2 milyon 898,556 min), "AXA MBASK" (2 milyon 636,232 min) və "Atəşgah-Həyat Sığorta" (2 milyon 419,984 min manat) daxil olub.

Ümumilikdə, 2011-ci ilin yanvar-mart aylarında bazarda fəaliyyət göstərən bütün 28 sığorta şirkəti tədiyə alıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar