“Azəri Layt” markalı neftin bir barreli 118,13 dollara satılıb
03 İyun 2011 Cümə 13:11
Dünya bazarlarında “Layt” və “Brent” markalı neftin qiyməti artıb.
Dünya bazarlarında “Layt” və “Brent” markalı neftin qiyməti artıb. Ötən gün Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,11 dollar artaraq 100,40 dollara, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 1,01 dollar yüksələrək 115,54 dollara satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildirmişlər ki, “Azəri Layt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,29 dollar aşağı düşərək 118,13 dollar olub.

Qeyd edək ki, Neft İxrac Edən Ölkələrin Təşkilatı - OPEK gündəlik neft hasilatının 1,5 milyon barrel artırılmasını nəzərdən keçirir. Bu isə dünya bazarında neftin qiymətini bir qədər ucuzlaşdıra bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar