“Azəri Layt” markalı neftin bir barreli 118,47 dollara satılıb
26 May 2011 Cümə Axşamı 12:24
Ötən gün dünya birjalarında neftin qiyməti artıb.
Dünya birjalarında neftin qiyməti ötən gün də artıb. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,73 dollar artaraq 101,32 dollara, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti 2,40 dollar bahalaşaraq 114,93 dollara satılıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildiriblər ki, ötən gün “Azəri Layt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,08 dollar yüksələrək 118,47 dollara çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar