«Azərdəmiryolbank» yen brendi və loqotipini təqdim edib
29 Oktyabr 2009 Cümə Axşamı 11:55
«Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının səhmdarlarının ümumi yığıncağının qərarı ilə Bankın «DəmirBank» adlandırılması ilə bağlı müvafiq hüquqi proseduralar həyata keçirilir.
Bankdan «APA-ECONOMICS»ə verilən məlumata görə, «DəmirBank» adı «Azərdəmiryolbank» ilə bağlılığa malikdir ki, bu da Bankın 20 illik tarixinin, nailiyyətlərinin və çoxminli müştəri bazasının qorunması deməkdir. Bu bağlılıq həm də Bankın yeni adının nisbətən qısa müddətdə tanınmasına kömək edəcək. Bankın yeni adı ilə bağlı loqotipi də yenilənib.

Müxtəlif təkliflər sırasında «McCann Erickson» şirkətinin loqotip təklifi seçilib. «McCann Erickson» şirkəti loqotip təklifində cəmiyyət arasında Bankı xatırladan elementlərdən istifadəni məqsədəuyğun hesab etmiş və bu əsasda hazırlanmış loqotip qəbul edilib.

Yeni loqotipdə kvadrat və üçbucaqlardan istifadə edilib. Kvadrat daimilik və stabillik, Bankın etibarlı və dayanıqlı olmasını əks etdirir. Kvadratın daxilində 2 üçbucaq tarazlığa, Bank və müştərilər arasında tərəfdaşlığa işarədir. Loqotipin yaşıl rəngi Bankın müştərilərlə ünsiyyətə və əməkdaşlığa açıq olmasına işarə kimi də qəbul edilir.

Beləliklə, 20 illik tarixə və zəngin təcrübəyə malik «Azərdəmiryolbank» fəaliyyətinə «DəmirBank» adı və yeni loqotipi ilə davam edir.APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar