Azərbaycanın xarici ticarət dövriyyəsi artıb
17 May 2011 Çərşənbə Axşamı 11:03
2011-ci ilin ötən dövründə xarici ölkələrlə 7.3 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılıb
2011-ci ilin ötən dövründə xarici ölkələrlə 7.3 milyard ABŞ dolları məbləğində əmtəə mübadiləsi aparılıb, onun 5.8 milyard dolları və ya 80.0 faizi uzaq xarici dövlətlərin, 1.5 milyard dolları MDB üzvü ölkələrinin payına düşüb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi müqayisəli qiymətlərlə 16.4 faiz, o cümlədən uzaq xarici ölkələrlə 5.3 faiz, MDB üzvü dövlətləri ilə isə 2.0 dəfə artmışdır. Bu dövrdə ölkəmizdən 5.4 milyard dollar məbləğində və yaxud keçən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0.8 faiz çox mal göndərilmişdir. İxrac olunmuş məhsulların 4.6 milyard dollarlığı (84.3 faizi) uzaq xarici ölkələrə, 856.9 milyon dollarlığı isə MDB üzvü dövlətlərinə göndərilmiş və müqayisəli qiymətlərlə müvafiq olaraq 4.2 faiz azalmış və 2.6 dəfə artmışdır.
Xarici ticarət əlaqələrinin 48.5 faizi Avropa Birliyi ölkələri, 20.0 faizi MDB dövlətləri, 31.5 faizi digər ölkələrlə aparılmışdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar