Azərbaycanda totalizatorların təşkilinə nəzarət gücləndirilir
05 Aprel 2010 Bazar Ertəsi 17:00
Azərbaycan Nazirlər Kabineti «Cıdır-şans (totalizator) oyunlarının təşkili və keçirilməsi, dövriyyəsindən əldə olunan vəsaitin və uduş fondunun bölünməsi Qaydaları»na əlavələr edib.
Əlavələrə əsasən, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin səlahiyyətli əməkdaşlarına cıdır-şans (totalizator) oyunları ilə məşğul olan subyektlərin obyektlərinə daxil olmaq, onlardan müvafiq məlumatlar almaq hüququ verilib. Digər əlavəyə əsasən, totalizator oyunları ilə məşğul olan subyektlər tərəfindən yol verilmiş pozuntuların aradan qaldırılması üçün onlara qanunvericiliklə müəyyən edilmiş qaydada icrası məcburi olan göstərişlər yazılı formada verilməli, göstərişlər əmr və sərəncam formasında rəsmiləşdirilməlidir. İcrası məcburi olan göstərişlər yerinə yetirilmədikdə, müvafiq cıdır-şans (totalizator) oyunları ilə məşğul olan subyektlərin fəaliyyətini dayandırmaq barədə məhkəməyə müraciət olunacaq, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb ediləcəklər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar