Azərbaycanda avtomobil benzini istehsalı artıb
23 İyul 2012 Bazar Ertəsi 09:43
Artım bu ilin yanvar-iyun aylarında 3,2 faiz təşkil edib.
Azərbaycanda benzin istehsalı artıb. Dövlət Statistika Komitəsindən AzərTAc-a verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanda avtomobil benzinin istehsalı 3,2 faiz, ağ neft 6,6 faiz, neft bitumu isə 23,1 faiz artıb.

Bununla yanaşı, dizel yanacağının istehsalı 3,8 faiz azalaraq 1124,4 min ton, sürtkü yağlarının istehsalı isə 19,6 faiz azalaraq 34 min ton olub.

Ötən dövrdə neft emalı müəssisələrinin anbarlarında 44,3 milyon manatlıq və ya ölkə sənayesi üzrə olan hazır məhsul ehtiyatının 16,4 faizi qədər hazır məhsul qalıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar