Azərbaycanda 5 min manata qədər maaş almaq olar
11 Aprel 2011 Bazar Ertəsi 12:39
Rəsmi statistika ən yüksək maaşın neft-qaz sənayesində olduğunu təsdiqləyir
İş axtaran təcrübəli işçilərin nəzərinə! Azərbaycanda 5 min manata qədər maaş almaq olar. Ən yüksək maaşlı iş yerlərinin siyahısını sizə təqdim edirik. Hətta vakant yerlər də çoxdur.

Birinci sırada liderliyi neft-qaz sektorunun mütəxəssisləri tutur. Burada əmək haqları 1000 manatdan 5000 manata çatır. Satış müdirlərinə də yaxşı pul verilir. Satışların daha çox artmasında maraqlı olan sahibkarlar bu sahədə onlara kömək edən işçilərə 1000 manat qədər pul təklif edir və buna xəsislik etmirlər.

Bazarları araşdıranlara-marketoloqlara da tələb böyükdür. İş adamları yaxşı mütəxəssislərə yüksək maaş 800-1000 manat verməyə hazırdır, əsas onun üçün yeni bazarlar tapılsın.

Bank sisteminin inkişaf etməsi və mühasibatlığın beynəlxalq standartlara uyğunlaşdırılması yaxşı mütəxəssislərə tələbatı artırıb. Buraya hüquq sahəsinin peşəkarları da əlavə olunur. Həmin işçilər üçün sahibkarlar 1000-2000 min manat əmək haqqı təklif edilir.

Turizm sektorunda işləmək də çoxları üçün asan görünə bilər. Amma öz nüfuzunu qoruyan şirkətlər daha yaxşılarını axtarır. Xarici dil bilmək, yaxşı ünsiyyət bacarığı olanlara ən azı 500 manat təklif edilir.

Müəssisələrin idarəedilməsində yaxşı işçi tapmaq da sahibkarlar üçün problemdir. İnsanlarla işləməyin maşınlarla işləməkdən xeyli çətin olduğunu düşünənlər bu yerlər üçün 800-1000 manat təklif edir.

Azərbaycanda tikintinin sürətlənməsi inşaat mühəndislərinə tələbatı artırıb. Şirkət rəhbərləri yaxşı mühəndislər və dizaynerlər axtarır. Burada əmək haqqı 700 manatdan başlayır.

Yaxşı avtomobil ustası və zərgər, dizaynerlərə də tələbat böyükdür. Bu işdə işləyənlər onun incəliklərini dərindən bilməlidir. Maraqlıdır ki, Azərbaycanda yüksək əmək haqqı alanlar arasında katibə və referentlərin adı çəkilir.

Rəsmi statistika ən yüksək maaşın neft-qaz sənayesində olduğunu təsdiqləyir. Burada orta əmək haqqı 1000 manata çatır. İkinci yerdə 800 manatla maliyyə və sığorta sistemi gəlir. Rabitə və informasiya texnologiyaları, inzibati işlər, nəqliyyat və tikintidə bu göstərici 300-500 manat arasında dəyişir. Ölkədə ən az maaşı kənd təsərrüfatı, sosial xidmət, su və meşə təsərrüfatında işləyənlər alır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar