Azərbaycan İrana qaz verə bilməyəcək
29 Dekabr 2009 Çərşənbə Axşamı 18:25
Rövnəq Abdullayev: "İxrac təmir işləri başa çatandan sonra başlayacaq"
Dövlət Neft Şirkəti (ARDNŞ) yanvarın 1-dən İrana qaz ixracı üzrə planı yerinə yetirə bilməyəcək. Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, infrastrukturda təmir işləri hələ davam edir. “İxrac təmir işləri başa çatandan sonra başlayacaq", - deyə ARDNŞ rəhbəri bildirib.

Rövnəq Abdullayev əlavə edib ki, şirkət cənub istiqamətində qaz infrastrukturunun modernləşdirilməsi istiqamətində iri işlər planlaşdırır. “Bundan sonra Azərbaycan sutkada 5 mln. kubmetr qaz verə biləcək. ARDNŞ Astarada qaz kompressor stansiyasında 6 əlavə kompressor quraşdırmaq niyyətindədir”, - deyə o bildirib.

Qeyd edək ki, ARDNŞ ilə İran Milli Qaz İxrac Şirkəti (NIGEC) arasında İrana 2010-cu ildə 500 mln. kubmetr qaz ixracı barədə memorandum imzalanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar