Azərbaycan 2014-cü ildən Bolqarıstana qaz nəqlinə hazırdır
24 İyun 2011 Cümə 13:22
Bu barədə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Brüsseldə açıqlama verib.
Azərbaycan 2014-cü ildən etibarən hər il Bolqarıstana 1 milyard kubmetr qaz nəql etməyə hazırdır. Bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bolqarıstanın iqtisadiyyat, turizm və energetika naziri Trayço Traykovla Brüsseldə keçirilən “Krans Montana” formunun 22-ci sessiyasında bildirib.

Natiq Əiliyevin sözlərinə görə, bu, Türkiyə ilə Yunanıstan arasında qaznəqliyyat şəbəkəsinin yaradılması və “Şahdəniz” yatağının ikinci fazasının istismarının reallaşmasından sonra baş verə biləcək.

Bolqarıstanın İqtisadiyyat, Energetika və Turizm Nazirliyinin rəsmi saytında isə qeyd edilib ki, iki ay ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Bulqartransqaz” təbii qazın Bolqarıstan və Cənubi-Şərqi Avropaya tədarük marşurutlarına dair danışıqları davam etdirəcəklər.

Görüşdə bolqarıstanlı nazir "Nabukko" qaz kəməri layihəsində Azərbaycanın dəstəklənməsi ilə bağlı məsələni də qaldırıb. T. Traykov və N. Əliyev daha sonra Qara dəniz vasitəsilə maye qazın verilməsi haqda layihəni də müzakirə ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar