Avropa İttifaqı Azərbaycana 20 milyon avro ayıracaq
15 İyul 2009 Çərşənbə 09:00
Avropa İttifaqı Azərbaycana 20 milyon avro ayıracaq. Vəsait aqrar-sənaye kompleksinin inkişafına sərf ediləcək.

Avropa İttifaqı Azərbaycanda aqrar-sənaye kompleksinin inkişafı üçün 20 milyon avro ayıracaq. Aİ-nin Bakı nümayəndəliyinin məlumatına görə, bu proqramın əsas məqsədi respublikada kənd təsərrüfatının və kəndin inkişafına kömək göstərilməsi hesabına Azərbaycan iqtisadiyyatının çoxvektorlu inkişafını təmin etməkdir. Bu yardım 2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq malları ilə davamlı təmin edilməsi üçün dövlət proqramında göstərilmiş məqsədlərlə bağlıdır.
Həmin məbləğin 14 milyon avrosu kənd təsərrüfatının dəstəklənməsi və kəndin inkişafı proqramına, qalanı isə Azərbaycan hökuməti ilə Aİ arasında tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişin və fəaliyyət planı çərçivəsində Azərbaycanın idarəçilik potensialının artırılmasına sərf ediləcək. /AzərTAc/



DOSTLARINLA PAYLAŞ:

oyunlar