Atəşgah sığorta növbəti sığorta ödənişini həyata keçirib
24 İyun 2011 Cümə 19:15
Atəşgah Sığorta şirkəti 13 yaşlı oğlanın Mingəçevirdə yaşayan valideynlərinə 96 manat həcmində sığorta ödənişi təqdim edib.
“Atəşgah” Sığorta Şirkəti bu gün “Arxayın valideyn” məhsulu üzrə növbəti sığorta ödənişini həyata keçirib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 8 dekabr 2010-cu il tarixində bu məhsul üzrə sığorta polisini əldə edən 13 yaşlı oğlanın Mingəçevirdə yaşayan valideynlərinə 96 manat həcmində sığorta ödənişi təqdim edilib.

13 yaşlı oğlan velosipeddən yıxılmaqla çoxlu sayda, o cümlədən dental travmalar alıb. Təəssüf ki, yayın qızğın çağı yay tətili günlərində uşaqların əzilməsi, travma və bədən xəsarətləri alması hallarına tez-tez rast gəlinir. Məhz bu baxımdan “Arxayın valideyn” məhsulunu kifayət qədər aktual hesab etmək olar.

“Arxayın valideyn” “Atəşgah” SŞ-nin müştərilərinə təklif etdiyi üç (“Arxayın Valideyn”, “Arxayın Sakin” və “Arxayın Sürücü”) xüsusi sığorta məhsulundan biridir. Bu sığorta məhsulu üzrə müştəri öz övladını aşağıdakı risklərdən sığortalayır: Yanıq, donma, suda boğulma, partlayış, elektrik cərəyanı, ildırım, gün vurması, yıxılma və s. nəticəsində baş verən bədən xəsarətləri, əzilmə, yaralanma, sınıqlar, oynaqların çıxığı, bədən üzvlərinin donması, onurğa sütununun sınıqları, görmə qabiliyyətinin və nitqin qismən və ya tam itirilməsi daxildir.

Qeyd edək ki, “Atəşgah” Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib, 1997- ci ildə sığorta fəaliyyəti göstərmək üçün müvafiq lisenziya alıb. Şirkətin səhmdarları Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), eləcə də kommersiya təşkilatları – İSR HOLDİNG və RAN – Eksimdir. “Atəşgah” ASC SŞ, “Atəşgah Həyat” ASC SŞ və “İntermed” Tibb Klinikası ilə birgə “Atəşgah” Sığorta Qrupuna daxildir. 2010-cu ilin nəticələrinə əsasən “Atəşgah” SŞ, Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında 3-cü yerdə durur. Bu dövr ərzində şirkətin sığorta haqları 14,6 milyon manat, ödənişləri isə 5,3 milyon manat təşkil edib. Şirkət müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar