AtaSığorta müddətsiz lisenziya alıb
17 Noyabr 2009 Çərşənbə Axşamı 18:40
Bu ilin 10 ayı ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 2,38 milyon manat təşkil edib
Maliyyə Nazirliyi "AtaSığorta" şirkətinə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün 10 noyabr 2009-cu il tarixindən etibarən müddətsiz lisenziya verib. Bu barədə ANS PRESS-ə “Atasığorta” şirkətinin mətbuat xidmətindən məlumat verilib. Hazırda "AtaSığorta" şirkəti 26 növ - 21 könüllü və 5 icbari sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. var.

2009-cu ilin 10 ayı ərzində "AtaSığorta" ASC-nin topladığı sığorta haqlarının həcmi 2,38 milyon manat, verilmiş sığorta ödənişləri isə 0,58 milyon. manat təşkil edib.

Qeyd edək ki, "AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 milyon manat təşkil edir.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar