AtaHolding səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək
14 May 2011 Şənbə 18:06
İclasda ötən ildə fəaliyyətin yekunları üzrə AtaHolding holdinqin İdarə Heyətinin və Müşahidə Şurasının hesabatlarının təsdiqlənməsi nəzərdə tutulur.
İyunun 30-da “AtaHolding” səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Holdinqin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda 2010-cu ildə fəaliyyətin yekunları üzrə holdinqin İdarə Heyətinin və Müşahidə Şurasının hesabatlarının təsdiqlənməsi nəzərdə tutulur.

Bundan başqa, səhmdarlar ötən il üzrə maliyyə hesabatını təsdiqləyəcək, eləcə də mənfəətin və zərərlərin bölüşdürülməsi məsələsini həll edəcəklər.

Qeyd edək ki, “AtaHolding” 1993-cü ildə yaradılıb. Holdinqin nizamnamə kapitalı 83,9 milyon manata bərabərdir. Holdinqin strukturuna maliyyə sektoru, sənaye, informasiya texnologiyaları, turizm, inşaat, energetika, qida sənayesi sahəsində fəaliyyət göstərən 14 törəmə şirkət daxildir. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar