Atabank mənfəətini 2 dəfə artırıb
12 Oktyabr 2012 Cümə 17:51
Atabankın aktivləri 10.9 faiz artaraq 256.1 milyon manata çatıb.
“AtaBank” ASC-nin bu ilin sentyabr ayının sonu üçün maliyyə təsərrüfat nəticələri uğurlu olub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin 9 ayına aid rəqəmlərin təhlili bunu sübut edir. Belə ki, ötən il ilə müqayisədə bankın aktivləri 10.9% və ya 25.1 milyon manat artaraq 256.1 milyon manata çatıb. Aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində də artım nəzərəçarpacaq dərəcədədir. Artım 27.2% və ya 39.8 milyon manat təşkil edib. Beləliklə, ilin əvvəlində kredit portfeli 146.7 milyon manat olduğu halda, sentyabr ayının sonuna bu rəqəm 186.5 milyon manatı aşıb.

Artımlar özünü mənfəətdə də göstərib. Sentyabr ayının nəticəsinə görə, bankın xalis mənfəəti 4.4 milyon manat təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə artım 98.3% və ya 2.2 milyon manatdır. Bu da düzgün idarəetmə, biznes əməliyyatlarının şəffaf və tədbirli qaydada həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətdir.

Hazırda respublikamızın müxtəlif regionlarında bankın 24 filial və şöbəsi fəaliyyət göstərməkdədir. Bunlardan 12-i regionlarda digərləri isə paytaxtda yerləşirlər. Bankın fəaliyyət göstərən ATM-lərinin sayı isə 69 ədəd təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar