ASB yeni filialını açıb
21 İyun 2010 Bazar Ertəsi 11:35
“Azərbaycan Sənaye Bankı” “Park Bulvar” ticarət mərkəzində fasiləsiz olaraq müştərilərə xidmət göstərəcək
“Azərbaycan Sənaye Bankı” (ASB) ASC “Park Bulvar” ticarət mərkəzində yeni filialını açıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, filial bayram və istirahət günləri daxil olmaqla, həftənin bütün günləri, saat 10:00-dan 21:30-dək fasiləsiz olaraq müştərilərə xidmət göstərir.

Bundan başqa, “Giriş” mərtəbəsində və III mərtəbədə bir bankomat mərkəzin iş vaxtı ərzində müştərilərə xidmət göstərir.

“ASB Park Bulvar” filialında bütün bank xidmətləri, o cümlədən, cari və müddətli bank hesabları, fərdi kreditlər, biznes kreditləri, plastik kartlarla əməliyyatlar, POS-terminal xidmətləri, bütün növ valyuta əməliyyatları, habelə konvertasiya əməliyyatları, təcili pul köçürmələri, rabitə və kommunal xidmətlərə görə ödənişlərin qəbulu və s. xidmətlər təqdim olunur.

Mərkəzi Bankın 16 İyun 2010 tarixli, 241 / 6 saylı sərəncamı ilə fəaliyyətə başlayan “ASB Park Bulvar” filialı gün ərzində təxminən 200–300 nəfər müştərinin və paytaxt əhalisinin bank xidmətlərinə olan tələbatını tam qarşılayır.

Qeyd edək ki, ASB 1996-cı ildə “CI Bank” kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bu ilin iyun ayının 1-nə bankın aktivlərinin həcmi 106 318,26 milyon manat, depozit portfeli 73 002,63 milyon manat, kredit portfeli 72 634,44 milyon manat, məcmu kapitalı 24 887,01 milyon manat, o cümlədən nizamnamə kapitalı 22 114 milyon manat təşkil edib.

Bankın ölkə üzrə 9 filialı, 26 bankomatı və 259 POS-terminalı mövcuddur. Bankın plastik kartlarından istifadə edən müştərilərinin sayı 14 min, ümumi müştəri sayı isə 25 mindən çoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar