Arrow Energy satıldı
22 Mart 2010 Bazar Ertəsi 15:50
Arrow Energy şirkətinin 3,4 milyard dollar həcmində qiymətləndirilib
İngilis-Holland konserni "Royal Dutch Shell Plc." və Çinin "China National Petroleum Corp." (CNPC) şirkətinin "PetroChina" bölməsi Avstraliyanın “Arrow Energy Ltd” şirkətini almaq barəsində razılığa gəlib. Qeyd edək ki, Avstraliya şirkəti kömür laylarından təbii qazın alınması ilə məşğul olur.

"Bloomberg"in verdiyi məlumata görə, "Arrow Energy Ltd." yə ilk olaraq 3,03 milyard dollar təklif olunmuşdu, lakin şirkət bununla razılaşmamışdı. Hazırda əldə olunan razılaşmaya əsasən, şirkətlər birgə "Arrow Energy Ltd."ni əldə etmək üçün 3,4 milyard Avstraliya dolları (3,1 milyard dollar) ödəməli olacaq.

Qeyd edək ki, müvafiq razılaşmanın qüvvəyə minməsi üçün Avstraliyanın Xarici Sərmayələr üzrə Şurası sənədi təsdiqləməlidir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar