ARDNŞ Qaz Emalı Zavodu təsis edib
04 Dekabr 2009 Cümə 14:10
ARDNŞ Qaz Emalı Zavodu təsis edib. QEZ-in 483 manat nizamnamə kapitalı var.
Vergilər Nazirliyi bu gün Dövlət Neft Şirkətinin 483 manat nizamnamə kapitalı ilə Azərbaycan Qaz Emalı Zavodu təsis etməsi barədə məlumat yayıb.
Belə ki, qeydiyyat sənədlərində göstərilir ki, Qaz Emalı Zavodunun (QEZ) direktoru Aqşin Paşayevdir.

Qeyd edək ki, bu, istehsal gücü ildə 4,5 milyard kubmetr qaz olan iri sənaye müəssisəsidir və 1959-1961-ci illərdə yaradılıb. 1986-cı ildə zavod modernləşdirilib və onun gücü 6 milyard kubmetrə çatdırılıb. Amma müstəqillik illərində müəssisə emal həcmini kəskin şəkildə azaldıb. 13 il əvvəl Böyük Britaniyanın “John Brown” şirkəti zavodun vəziyyətini tədqiq edib və Azərbaycan hökumətinə onun modernləşməyə yaramaması barədə hesabat verib.

XXI əsrin əvvəlində hökumət QEZ-i özəlləşdirmək istəyib, amma təkliflər investorları maraqlandırmayıb. Bundan sonra istehsal minimuma düşüb. Bu gün zavod faktiki olaraq qaz emal etmir, əks təqdirdə ARDNŞ hesabatlarda emala göndərilən qazın həcmini göstərərdi. Amma hələ 2007-ci ildə ARDNŞ öz statistikasında göstərirdi ki, AzQEZ-ə emal üçün 15,65 mln kubmetr "mavi yanacaq" göndərib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar