ARDNŞ Gürcüstana 669 milyon kubmetr qaz tədarük edib
14 Dekabr 2009 Bazar Ertəsi 17:10
Bu qazın 38,8 faizi “Şahdəniz” qazı təşkil edir
Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkətləri Gürcüstanda uğurla çalışmaqda davam edir.
Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu il ərzində ARDNŞ-nin “SOCAR Qaz Sapplay Kompani” müəssisəsi Gürcüstan Respublikasına 668 milyon 973 min 353 kubmetr «sosial» qaz tədarük edib.
Həmin həcmin 38,8 faizini (259, 67 milyon kubmetr) Gürcüstan hökuməti ilə «Azərbaycan Qaz Sapplay Kompani» (AGSC) arasında bağlanan müqaviləyə əsasən, bu ölkəyə ixrac olunan “Şahdəniz” qazı təşkil edir. Tədarük olunan qazın 35,4 faizi (237,05 milyon kubmetr) - ARDNŞ-nin Azərbaycan-Gürcüstan sərhədində yerləşən Qazax qazölçmə stansiyasından ötürülüb.

Ümumi həcmin 16,6 faizini (110,74 milyon kubmetr) – Rusiya ilə Gürcüstan arasında bağlanmış 2107 nömrəli sazişə əsasən, tranzit hesabına Gürcüstana verilən qaz təşkil edir. Qazın 9,2 faizi isə (61,52 milyon kubmetr) «Şahdəniz» yatağından hasil edilən və Bakı-Tiflis -Ərzurum kəməri ilə Türkiyəyə ixrac olunan qazın nəqli üçün Gürcüstan hökumətinə verilməli olan tranzit haqqının əvəzi olaraq tədarük edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar