Apreldə Ceyhandan 3,1 milyon ton neft dünya bazarlarına çıxarılıb
11 May 2010 Çərşənbə Axşamı 17:25
Yanvar-aprel aylarında isə müvafiq göstərici 11,5 milyon ton təşkil edib.
Bu ilin aprel ayı ərzində 3,1 milyon ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında bu göstərici 11,5 milyon ton təşkil edib.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2010-cu ilin may ayının 1-ə qədər Ceyhan limanından 116,1 milyon ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar