Apreldə Caspian Financial ltd birinci oldu
06 May 2011 Cümə 20:16
Ötən ay üzrə Dövlət Qiymətli Kağızlar bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi.Apreldə Caspian Financial ltd birinci oldu.
Bu ilin aprel ayında dövlət qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) Bakı Fond Birjasının Analitik şöbəsinin hesablamalarına əsasən, brokerlərin renkinqində göstərilmiş xidmətlərin həcminə görə “Caspian Financial ltd” başçılıq edir; şirkət 1 müştəriyə ümumi dəyəri 49 031 001,30 manat olan broker xidmətləri göstərib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, ikinci yeri isə 2 müştəriyə ümumi həcmi 41 466 364,98 manat olan broker xidmətləri göstərmiş “Respublika İnvest” tutub.

Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə isə 16 168 013,92 manatla “Yapi Kredi İnvest” qərarlaşıb.

2011-ci il aprel ayı üzrə DQK bazarında göstərilmiş xidmətlərin həcminə görə brokerlərin renkinqi

Xidmətlərin həcminə görə cari yeri Xidmətlərin həcminə görə əvvəlki yeri Brokerlər Əqdlərin sayı Müştərilərin sayı Əməliyyatların həcmi
(AZN)
1 (-) 1 "Caspian Financial ltd" MMC 15 1 49 031 001,30
2 (-) 2 "Respublika İnvest" MMC 15 2 41 466 364,98
3 (▲) 8 "Yapi Kredi İnvest" MMC 9 1 16 168 013,92
4 (▼) 3 "Brokdil-Az" MMC 6 1 13 000 603,79
5 (▼) 4 "Çelsi Kapital" MMC 11 7 11 077 864,86
6 (▲) 7 "Texnika Kapital Menecment" 10 3 7 087 459,47
7 (▼) 5 "BoB Broker" MMC 1 1 1 986 109,84 ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar