“Amrahbank”ın filiallarının adları dəyişdirildi
26 May 2010 Çərşənbə 11:05
Amrahbank onların yerləşdiyi coğrafi mövqelərini nəzərə alaraq müvafiq dəyişikliklər aparıb.
Azərbaycanın bütün bölgələrində filial şəbəkəsinin yenidən qurulması və genişləndirməsi siyasətini uğurla həyata keçirən “Amrahbank”, Bakı şəhərində fəaliyyət göstərən bəzi filialların adlarında, onların yerləşdiyi coğrafi mövqelərini nəzərə alaraq müvafiq dəyişikliklər aparıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bundan sonra Azadlıq prospekti, 753-cü məhəllə ünvanında fəaliyyət göstərən “VİP” filialının adı “Azadlıq” filialı, Şərifzadə küçəsi 158 ünvanında fəaliyyət göstərən “Premyer” filialının adı “İnşaatçılar” filialı, 28 May küçəsi 717-ci məhəllə ünvanında fəaliyyət göstərən “Nəsimi” filialının adı “28 May” filialı, Mİrəli Qaşqay küçəsi 93 ünvanında fəaliyyət göstərən “Universal” filialının adı “Nəsimi” filialı, Həsən Əliyev küçəsi 74 ünvanında fəaliyyət göstərən “Bakı” filialının adı “İnqilab” filialı adlandırılacaq.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş “Amrahbank” fiziki şəxslərə və korporativ müştərilərə depozit hesablarının açılması, kreditlərin verilməsi, pul köçürmələri, sənədli əməliyyatlar, investisiyalar üzrə biznes məsləhətləri və s. geniş çeşidli bank məhsullarını təklif edir.

2008-ci ildə Bəhreyn Krallığında yerləşən bankın səhmlərinin 49 faizinə sahib olan Beynəlxalq İnvestisiya Bankı ilə yaradılmış strateji əməkdaşlıq əlaqələri Amrahbank daxilində bir sıra sahələrin, o cümlədən korporativ idarəetmə, beynəlxalq əməkdaşlıq, məhsul və xidmətlərin çeşidi, keyfiyyəti və s. sahələrin inkişafında mühüm rol oynayıb. Hazırda bankın baş ofisi, 21 filialı, 2 şöbəsi, 2 valyuta mübadilə məntəqəsi ilə birlikdə 26 ofisi fəaliyyət göstərir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar