“AMD” antiinhisar iddialarını geri götürür
14 Noyabr 2009 Şənbə 19:15
Artıq “Intel” korporasiyası “AMD” şirkəti ilə razılığa gəlib
“Intel” korporasiyası antiinhisar və patent məsələləri üzrə bütün fikir ayrılıqlarının tənzimlənməsinə dair “Advanced Micro Devices Inc” (AMD) şirkəti ilə razılığa gəldiyini bildirib. Bu sazişin əldə olunması üçün “Intel” “AMD” şirkətinə 1,25 milyard ABŞ dolları məbləğində vəsait ödəyəcək.

“Intel”in bəyanatında bildirilir ki, şirkət iş təcrübəsi ilə bağlı bir sıra müddəaların yerinə yetirilməsinə razı olacaq.
Öz növbəsində “AMD” ABŞ və Yaponiyada, eləcə də digər ölkələrin aidiyyatı qurumlarında irəli sürdüyü antiinhisar iddialarını geri götürür.

Xatırladaq ki, “Intel”ə qarşı antiinhisar təhqiqatları artıq 5 ildir ki, dünyanın bir çox ölkəsində aparılır. “Advanced Micro Devices Inc” şirkətinin irəli sürdüyü iddiaların əksəriyyətində “Intel”in qeyri-qanuni yollarla “AMD”ni bazardan çıxarmaq cəhdləri qeyd olunur. “AMD” iddia edir ki, “Intel” bu məqsədlə əsassız endirimlər təqdim edir, “AMD” məhsullarından imtina edən satıcılara mükafatlar verir və digər qanunsuz tədbirlər görürdü.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar