Alüminium bahalaşıb
20 Noyabr 2009 Cümə 16:15
Əlvan metal Alüminiumun qiyməti 1900-2000 dollar arasında dəyişir
Dünya bazarında alüminium yenidən bahalaşmağa başlayıb. Böhran şəraitində kəskin ucuzlaşan alüminiumumun qiyməti son vaxtlar 1900-2000 dollar arasında dəyişir.

Xatırladaq ki, böhran şəraitində alüminiumun tonunun 3000 dollardan 1500 dollara qədər ucuzlaşması nəticəsində, Gəncə “Gil-torpaq” istehsalat sahəsi istehsalını dayandırmaq məcburiyyətində qalmışdı. Belə ki, 1 ton alüminiumun emalı müəssisəyə 2000 dollardan baha başa gəlir. Bu isə o deməkdir ki, istehsalın bərpası isə alüminiumun 2000 dollardan baha satıldığı vaxtda mümkündür.
20-yə qədər istehsal sahəsi və ildə 450 min ton alüminium istehsal etmək gücü olan bu zavodun Gəncənin iqtisadi potensialında xüsusi çəkisi 50 faizdən çox qiymətləndirilir.
 
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar