Almaniyada martda ixracat son altı ayda ilk dəfə artıb
11 May 2009 Bazar Ertəsi 19:40
Fevral ayında isə bu göstərici 1,3 faiz aşağı düşmüşdü

Avropanın əsas iqtisadiyyatını təşkil edən Almaniyada mart ayında ixracat son altı ayda ilk dəfə artıb. Maraqlıdır ki, fevral ayında bu göstərici 1,3 faiz aşağı düşmüşdü. Məsələ ondadır ki, 7 aylıq iqtisadi azalmadan sonra birdən-birə alman müəssisələrində sifarişlərin sayı artıb. Bununla da bir çox iqtisadçı ekspertlərin ölkənin gələcək iqtisadi durumu haqda verdikləri proqnozlar özünü doğrultmayıb. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar