Almaniya-Azərbaycan biznes forumu keçiriləcək
27 Aprel 2011 Çərşənbə 17:01
Forumda hər iki ölkədən olan iş adamları iştirak edəcək
Gələn ay mayın 5-6-da Almaniyada İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Almaniyanın Federal İqtisadiyyat və Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə Almaniya-Azərbaycan biznes forumu keçiriləcək.

İqtisadi İnkişaf nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə rəsmi şəxslərlə yanaşı, Azərbaycan və Almaniya tərəfindən sənaye, kənd təsərrüfatı, tikinti, səhiyyə, logistika və s. sahələrdə fəaliyyət göstərən iş adamlarının iştirakı nəzərdə tutulur.

Biznes forumda iştirak etmək istəyən sahibkarlar ətraflı məlumat almaq üçün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) müraciət edə bilərlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar